Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabitə” növbəti rəqibini qarşılamağa hazırdı


Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” klubu Çempionlar Liqası yarışlarının 2012/2013-cü il mövsümündə üçüncü oyununa çıxacaq. Komandamız qrup mərhələsi çərçivəsində növbəti matçını rəqib meydanında Polşa klubuna qarşı keçirəcək. Təmsilçimizin budəfəki rəqibi “Atom” kollektivi olacaq.

Qeyd edək ki, “Rabitə” ilk oyununu səfərdə “Agel”ə (Çexiya) qarşı keçirmiş və qələbə qazanmışdı – 3:0.
İtaliyanın “Villa Korteze” klubu ilə Bakıdakı görüşdə də 3:1 hesablı qələbə əldə olunmuşdu. “Atom” isə “Villa Korteze”yə 1:3 hesabı ilə uduzmuş, “Agel”ə 3:0 hesabı ilə qalib gəlmişdi.“Rabitə”nin qrupunda sabah daha bir oyun keçiriləcəkdir. “Villa Korteze” komandası “Agel”i qəbul edəcək.







RƏVAN





13/11/12    Çap et