Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Rabitə" “Atom”u "partlatdı"


Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Rabitə” klubu Polşada “Atom”la qarşılaşıb. “Siasport.az” saytının məlumatına görə, hər 3 setdə ardıcıl qələbə qazanan komandamız rəqibdən üstün olduğunu nümayiş etdirib.
 
İlk hissədə 19:25, ikinci hissədə 22:25, son setdə isə 25:27 hesablı nəticələr "Rabitə"yə qələbə bəxş edib.
 
Çempionlar Liqası

III tur

B qrupu

“Atom” (Polşa) - “Rabitə” (Azərbaycan) 0:3 (19:25, 22:25, 25:27)
 Hakimlər: Romeo Marin Nikolae (Rumıniya), Filipp Vericke (Fransa)
 Sopot, Hala Eqro Arena





14/11/12    Çap et