Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Proyektor “Instagram” fotolarından slayd-şou düzəldəcək


“Kickstarter”in saytında kiçicik “Projecteo” proyektoruna pul toplanılması kampaniyasına start verilib. Kibrit qutusu ölçüsündə olan qurğu “Instagram”dakı fotoları divara proyeksiya edə bilir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, fotoların slaydını düzəltmək üçün onları şirkətə göndərmək lazımdır. Fotolar plyonkada çap ediləcək, kəsiləcək və xüsusi çarxa yerləşdiriləcək.

“Projecteo” qurğusu 75 santimetrə qədər fotoları əks etdirməyə “qadirdir”. Qurğunu idarə etmək sadədir: işə salma düyməsi, fotoları çevirmək və fokusu dəyişdirmək üçün çarx mövcuddur.Vəsaitin toplanılmasına hələ 33 gün var və istehsalçılar artıq 18 mindən çox dollar yığa biliblər.
 
Qurğunun qiyməti çox ucuzdur. “Kickstarter” saytı vasitəsilə ilkin sifariş edən şəxslər onu 20 dollara satın ala biləcəklər. Layihənin istehsalçıları proyektorların satışından deyil, fotoların çapından pul qazanmaq istəyirlər. “Projecteo” qurğusu dekabrda və ya 2013-cü ilin yanvarında satışa çıxarılacaq.

EMİL





16/11/12    Çap et