Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionlarda telefon şəbəkəsinin modernləşdirilməsi davam etdirilir


Cari ilin 6 ayı ərzində regionlarda telefon şəbəkəsinin modernləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə 1,8 milyon manat investisiya yönəldilmiş və bunun da nəticəsində ümumi tutumları 1040 nömrə olan EATS-lər, habelə 18 rayonda və Sumqayıt şəhərində ümumilikdə 3145 abunəçi xətti tikilib. 51 km uzunluğunda Lənkəran-Lerik fiber-optik kabel magistralının tikintisi başa çatdırılıb, Lerik mərkəzi ATS-nin TAE magistralına birbaşa bağlantısı təmin edilib. 14 rayonun 21 kənd ATS-nə fiber-optik birləşdirici xətlər çəkilib, Masallı-Yardımlı fiber-optik kabel magistralının tikintisinə başlanılıb.
Hesabat dövründə Quba, Masallı və Lerikin 5 kənd ATS-nin birləşdirici xətləri HDSL avadanlıqları, Ağdam, Ağsu, Quba, Göyçay, Zaqatala, Yardımlı, Oğuz, Neftçala və Cəlilabadın 13 kənd ATS-nin birləşdirici xətləri fiber-optik kabellər, Şabran, Zaqatala, Salyan, İmişli, Biləsuvar, Tərtər, Zərdab, Ucar və Qaxın 15 kənd ATS-nin birləşdirici xətləri radio-rele xətləri üzərindən olmaqla 33 ATS-in rəqəmli rabitəsi təşkil olunmuş, fiziki və mənəvi cəhətdən köhnəlmiş sıxlaşdırma avadanlıqları istismardan çıxarılıb.
Ötən ilin müvafiq dövründə respublika üzrə elektronlaşma faizi 92,1%, Bakı şəhərində 95,3%, digər ərazilərdə 88,8% olduğu halda, artıq MDB ölkələri arasında ilk dəfə olaraq ölkənin telefon şəbəkəsinin elektronlaşması prosesi tam başa çatıb. Məlumat üçün bildirək ki, hazırda şəbəkənin elektronlaşması üzrə dünya orta göstəricisi təqribən 50% təşkil edir.




25/07/11    Çap et