Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir uşaq planşeti təqdim edildi


“LG” şirkəti kiçik uşaqlar üçün nəzərdə tutulmuş “Kidspad” planşetini təqdim edib. Şirkət qurğunun texniki xüsusiyyətlərini açıqlamayıb, yalnız bildirib ki, yenilik məktəb yaşına çatmamış uşaqların inkişafı üçün mükəmməl yardımçı olacaq. Xüsusi tətbiq mağazasından “Kidspad” üçün maarifləndirici və oyun proqramları yükləmək mümkündür.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, planşet zəhərsiz materialdan hazırlanıb və zərbəyə davamlı korpusla təchiz edilib.Aparatın satışlarına noyabrın 21-də start veriləcək.









EMİL





20/11/12    Çap et