Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələn həftə İstanbulda “Cebit 2012” start götürəcək


CeBIT Eurasia Bilisim 2012 informasiya texnologiyaları, telekommunikasiya, proqram təminatı və xidmətləri  üzrə beynəlxalq sərgi 29 noyabr tarixində Türkiyənin İstanbul şəhərində (Tuyap Fair, Convention and Congress Center kompleksi) işə başlayacaq və dekabr ayının 2-nə qədər davam edəcək.

Tədbir kompüter texnologiyaları sahəsi üzrə geniş spektri əhatə etməklə regionda ən böyük və əhəmiyyətli sərgi hesab olunur. Sərgidə ən son texnologiya həllərini təqdim etmək üçün 1000-ə yaxın şirkət iştirak edir.

CeBIT Eurasia Bilisim-in ekspozisiyasını bank texnologiyaları, kompüter elmləri, məişət elektronikası, məlumatın toplanması qurğuları, informasiya texnologiyaları, internet, şəbəkə və təhlükəsizlik texnologiyaları, proqram təminatı və telekommunikasiya bölmələri təşkil edəcək.  Sərgidə 70-dən çox ölkədən təqribən 150000 ziyarətçinin iştirakı gözlənilir.
 



CAHANGİR





22/11/12    Çap et