Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” internetdə senzuraya qarşı imza toplamağa başlayıb


“Google” internetdə senzuraya qarşı imza toplamağa başlayıb.  "Ümumdünya Hörümçək Toru"nun azadlığı barəsində hər kəs "Take action" səhifəsində öz fikrini bildirə bilər.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Sərhədsiz azad dünyada internet əlçatan olmalıdır. Yalnız dövlətlər deyil, həm də milyardlarla internet istifadəçisi və texniki mütəxəssislər internetin gələcəyinə təsir etmək imkanına malik olmalıdırlar".

Şirkət dekabrın əvvəlinə planlaşdırılmış qapalı hökumətlərarası görüşlər seriyasında qlobal internet məkanında azadlığın məhdudlaşdırılması ilə bağlı qərar qəbul ediləcəyindən ehtiyat edir.







EMİL





22/11/12    Çap et