Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikada ən çox əməkhaqqı alan İT şirkətinin rəhbəri kimdir?


Tim Kuk 18 ay bundan əvvəl “Apple” şirkətinin baş direktoru vəzifəsinin icrasına başlayıb. Kaliforniya nəhəngi onun rəhbərliyi altında bir çox yeni məhsullar istehsal edib. Yeri gəlmişkən qeyd edək ki, “Apple” şirkətinin direktoru Amerika şirkətlərində çalışan bütün rəhbərlər arasında ən çox maaş alır.

“CNBC”-in məlumatına görə, Tim Kuk ABŞ-da ən yüksək maaş alan baş direktordur. Ekspertlər onun kompensasiya paketini 95 milyon dollar dəyərində qiymətləndirirlər. “Oracle”-ın direktoru Larri Ellisonun mükafatının dəyəri 70 milyon dollar təşkil edir.







EMİL





22/11/12    Çap et