Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionlarda yeni poçt şöbələri istifadəyə veriləcək


“Azərpoçt” MMC tərəfindən 6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə ölkənin müxtəlif regionlarında yeni poçt şöbələri istifadəyə verilir.

Müəssisədən “ICTnews”a verilən məlumata görə, əlamətdar gün münasibətilə hazırlanan tədbirlər planına uyğun olaraq İmişli Regional Poçt Filialının(RPF) Məmmədli, Qızılkənd, Lənkəran RPF Sütəmurov, Gərmətük kənd poçt şöbələri  ən yeni avadanlıqlarla, mebel dəstləri ilə təmin edilməklə sakinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, bu gün “Azərpoçt” MMC nəhəng xidmət şəbəkəsinə malik olmaqla 1500-dən çox poçt şöbəsi vasitəsilə əhaliyə xidmət göstərir.





RƏVAN





23/11/12    Çap et