Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Microsoft Ballmerdən razıdır


"Microsoft" direktorlar şurası korporasiyanın indiki icraçı direktorunu müdafiə edib və ona varis axtarmaq niyyətində olmadığını bəyan edib. Şirkətdən bildirilib ki, “Microsoft” bütövlükdə Stiv Ballmerin idarəçilik siyasətindən razıdır. Qeyd edək ki, nüfuzlu investisiya fondu olan "Greenlight Capital"ın rəhbəri Devid Eynxorn Stiv Ballmerin istefası təklifi ilə çıxış edib. Onun çıxışından sonra hətta, “Microsoft”un direktorlar şurası müşavirə çağırıb.
Məlumata görə, şirkətin banisi Bill Qeyts Microsoft-un indiki icraçı direktorunu dəstəkləyib.
Səhmdarların sözlərinə görə, hələ Ballmeri sadəcə əvəz edəcək kimsə yoxdur.




01/06/11    Çap et