Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” daha 30 rayonda bankomat qurmağa başlayıb


“Azərpoçt” MMC öz müştərilərinə POS-terminal və ATM-lər vasitəsilə xidmət göstərir. Müəssisədən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən layihənin tərkib hissəsi olaraq daha 30 rayonda bankomat qurmağa başlayıb. Artıq işlərin böyük hissəsi həyata keçirilib. Bu siyahıda Azərbaycanın müxtəlif bölgələri var. İlkin variant kimi POS-terminallar  rayon mərkəzlərində qurulur. Sonrakı mərhələlərdə isə qəsəbələr və kəndlər nəzərdə tutulur.

Buna qədər isə “Azərpoçt” MMC Bakı şəhərində bankomatlar, Astara, Qax, Yevlax, Lənkəran, Samux və Lerik rayonu Çayrud kəndində POS-terminal quraşdıraraq müştərilərin xidmətinə təqdim edib.







RƏVAN




01/12/12    Çap et