Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“DataPlus” “SMS məlumatlandırma” xidmətini istifadəyə verib


"DataPlus" şəbəkə operatoru və internet provayderi yeni "SMS məlumatlandırma" xidmətini istifadəçilərin ixtiyarına verib.

"ICTnews" elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, "DataPlus"un rəsmi internet səhifəsində təqdim edilən "SMS məlumatlandırma" xidməti bölməsində qeydiyyatdan keçməklə bütün yeniliklər barədə dərhal xəbərdar olmaq mümkündür.

Xidmətdən yararlanmaq üçün internet xidmətinə qoşulan nömrəni bölmənin müvafiq sahəsinə daxil etmək lazımdır. Bununla yanaşı, "SMS məlumatlandırma" xidmətinə istifadəçinin əlavə etmək istədiyi mobil nömrə daxil edilməlidir.

CAHANGİR




03/12/12    Çap et