Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt”un “İnternet-abunə” xidməti istifadəyə verildi


Elektron Hökumət Mərkəzi Portalında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yeni elektron xidməti istifadəçilərə təqdim edilib.

RİTN-in Məlumat Hesablama Mərkəzindən bildirilib ki, “Azərpoçt” MMC tərəfindən təqdim edilən yeni xidmət “İnternet-abunə”dir. Bu elektron xidmətdən istifadə etməklə vətəndaşlar Azərbaycanın və xarici ölkələrin dövri nəşrlərinə abunə sifarişlərini internet vasitəsilə rəsmiləşdirmək və abunə haqqını plastik kart vasitəsilə onlayn rejimdə ödəmək imkanı əldə etmiş olur.

HƏQİQƏT




03/12/12    Çap et