Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə qəza dəstələri hazırlıq vəziyyətinə gətirildi


Payız fəsli, ardınca da qış fəslinin yaxınlaşması ilə hava şəraitinin dəyişməsi bir çox sahələr kimi, rabitə sahəsində çalışanların işlərində də problemlər yaradır.

Bu barədə "ICTnews.az"-a danışan "Aztelekom"İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev bildirib ki, birlik payız-qış mövsümünə hazırlıqla əlaqədar bütün bölgələrdə rabitəçi qəza dəstələri hazırlıq vəziyyətindədir.

"İntensiv yağışların yağması ilə hər an baş verə biləcək təbii fəlakətin fəsadlarının qarşısının operativ şəkildə alınması məqsədilə regionlarda bütün rabitəçilərə xəbərdarlıq edilib. Qəza zamanı ilk öncə istifadə ediləcək materialların ehtiyatı yaradılıb"- deyə o bildirib. Baş direktor bu qəza dəstələrinin yüksək hazırlıq şəraitində təlim məşqlər apardıqlarını bildirdi.

Qeyd edək ki, Şəki-Zaqatala bölgəsində baş verən zəlzələnin nəticələri qəza dəstələri tərəfindən ən qısa vaxtda aradan qaldırıldı.

RƏVAN




05/12/12    Çap et