Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti yeni məhsullar təqdim edəcək


Dünyanın ən böyük internet korporasiyası “Google” bəyan edib ki, istehsalçıların illik konfransı “Google I/O” 2013-cü il mayın 15-dən 17-dək San-Fransisko şəhərində keçiriləcək. İlin əvvəlindən iştirakçıların tədbirdə qeydiyyatına və biletlərin satışına start veriləcək.

Qeyd edək ki, 2012-ci ildə konfrans iyunun sonunda keçirilmişdi və biletlər cəmisi 1.5 saat ərzində satılmışdı. “ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, korporasiya “Google I/O” konfransında yeni məhsullarını təqdim edir və adətən onları istehsalçılara paylayır. İnternet nəhəng ötən konfransda “Nexus 7” planşetini və “Nexus Q” mediapleyerini, “Android Jelly Bean” təqdim etmiş və “Project Glass” virtual eynəyi haqqında məlumat vermişdi.

EMİL




05/12/12    Çap et