Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər ABŞ admiralının kompüterlərinə hücum ediblər


Hakerlər ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Maykl Mallenin kompüterlərinə hücum ediblər. Amerikanın "The Wall Street Journal" nəşrinin məlumatına əsasən, hərbçinin 2011-ci ildən sonra istifadə etdiyi texnika haker hücumunun hədəfinə tuş gəlib.

"ICTnews.az" elektron xəbər xidməti "interfax.ru" saytına istinadən bildirir ki, hazırda Federal Təhqiqatlar Bürosu (FTB) cinayətkarları axtarır.

FTB haker hücumunun Çindən həyata keçirildiyindən şübhələnir. ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti haker hücumu faktını təsdiqləyib və əlavə olaraq zərərçəkmiş şəxsin istintaqla əməkdaşlıq etdiyini bildirib.  

Mallen 2005-2007-ci illərdə hərbi dəniz əməliyyatlarına rəhbərlik edib və bundan sonra 2011-ci ilədək ABŞ-ın Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri vəzifəsində çalışıb.

EMİL




06/12/12    Çap et