Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Barak Obama və Castin Biber “Twitter”də rekorda imza atıblar


ABŞ prezidenti Barak Obama və pop-ifaçı Castin Biber 2012-ci ilin qızıl tvitlərinin müəllifi olublar. Bu barədə "2012.twitter.com" veb-səhifəsində qeyd edilib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, prezident seçkilərində qalib gəldikdən sonra Obamanın dərc etdiyi "Four more years" tvitini 816 min dəfədən çox tvitləyiblər.

Castin Biberin "RIP Avalanna. i love you" tviti isə populyarlığa görə ikinci yerdə qərarlaşıb. Bu tvit beyin xərçəngindən dünyasını dəyişmiş 6 yaşlı Avalanne Ruta həsr edilib.

EMİL




12/12/12    Çap et