Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”-ın mobil qurğuları üçün “Google Maps” tətbiqi istifadəyə verilib


“Google” şirkəti “Apple”-ın hazırlaması “iOS” platforması ilə işləyən mobil qurğular üçün pulsuz “Google Maps” kartoqrafiya tətbiqini istifadəyə verib. “ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Google Maps” kartoqrafiya xidməti “iOS”-un 6-cı versiyasınadək “Apple”-ın mobil platformasına inteqrasiya edilmişdi.

“iOS” platformasının 6-cı versiyasında “Apple” öz həllini təqdim etdi. Lakin “Apple”-ın kartoqrafiya xidməti istifadəyə verildikdən sonra tənqidə məruz qaldı, çünki xəritədə xeyli sayda qeyri-dəqiqliklər mövcuddur.

“IOS 6” platformasının istifadəyə verilməsindən 1 həftə sonra “Apple”-ın direktoru Tim Kuk kartoqrafiya xidmətindəki problemlərə görə istifadəçilərdən üzr istədi, cari ilin noyabrında şirkətdən kartoqrafiya xidmətinin hazırlanması üzrə komandaya rəhbərlik etmiş menecer işdən çıxarıldı.

“Google Maps” tətbiqi “iPhone”, “iPad” və “iPod touch” qurğularını dəstəkləyir. Tətbiq “iOS 5.1” və daha yuxarı versiyada işləyir.

EMİL




13/12/12    Çap et