Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil qurğu istifadəçiləri 81 milyard tətbiq yükləyiblər


"ABI Research" tədqiqat firmasının proqnozuna əsasən, "App Store" və "Google Play" kimi onlayn kataloqlardan yüklənmiş mobil tətbiqlərin sayı 81 milyardı ötüb. Mobil tətbiqlərin 89 faizi mobil əməliyyat sistemlərində başlanğıc ayar kimi istifadə edilən orijinal mağazalardan yüklənib. 

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, smartfon və planşet istehsalçılarından başqa digər şirkətlər, həmçinin mobil operatorlar da tətbiq mağazası istifadəyə verir.

"ABI Research"-in baş analitiki Aapo Markkanin sözlərinə görə, 1 il bundan əvvəl bu biznes özünü doğruldurdu və operatorlar həvəslə "Android" tətbiqlərdən ibarət portallar açırdılar, lakin hazırda belə layihələr öz mənasını itirib. 2011-ci ilin yekununa görə, mobil tətbiqlər bazarının həcmi 8,5 milyard dollara bərabər olmuşdu. 2016-cı ilə bu göstəricinin 46 milyard dollar səviyyəsində olacağı proqnozlaşdırılır.

EMİL




15/12/12    Çap et