Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilər “YouTube”-da ay ərzində 4 milyard saatlıq videoya baxır


"YouTube" videohostinqi 2012-ci ilin yekunu haqqında məlumat verib. Birinci yerdə cənubi koreyalı reperin "Gangnam Style" klipi qərarlaşıb. Bu klip cari ildə baxışların sayına görə beynəlxalq top 10-luqda lider olub. İkinci yerdə "Somebody That I Used to Know" klipi, üçüncüdə isə Uqandada baş vermiş münaqişənin bitməsi üçün 30 dəqiqəlik "Kony 2012" filmi qərarlaşıb.

"ICTnews.az" elektron xəbər xidməti "osp.ru" saytına istinadən bildirir ki, videohostinqin bloqunda qeyd edilmiş məlumata əsasən, istifadəçilər ay ərzində 4 milyard saatdan çox videoya baxıblar.

EMİL




19/12/12    Çap et