Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ayətullah Xomneyinin “Facebook” səhifəsi 5 gün ərzində 15 min “layk” toplayıb


İranın ali rəhbəri Əli Xomneyinin "Facebook" sosial şəbəkəsindəki səhifəsi 15 mindən çox "layk" toplayıb. "Www.Khamenei.ir" hesabı 2012-ci il dekabrın 13-də yaradılıb.

 "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Ayətullah Xomneyi bundan əvvəl "Twitter" mikrobloqlar xidmətində hesab açmışdı. "The Guardian" yazıb ki, ali rəhbərin "Facebook" səhifəsinin istinadı ilk dəfə "@khamenei_ir" mikrobloqunda dərc edilib. Bununla belə Xomneyinin rəsmi saytı hələ də onun "Facebook" hesabının əsilliyini təsdiqləməyib.

EMİL




20/12/12    Çap et