Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” noutbuklarındakı batareyalar haker hücumları üçün hədəf ola bilər


“Accuvant Labs”ın təhlükəsizlik məsələləri üzrə mütəxəssisi Çarli Miller iddia edib ki, “Apple” noutbuklarının akkumulyator müdafiəsini qırmaq üçün potensial imkan mövcuddur. Problemin mahiyyəti ondan ibarətdir ki, qida mənbəyi mikrokontrollerinin proqram təminatı kifayət qədər yaxşı qorunmayıb. Nəticədə kibercinayətkarlar ona nəzəri olaraq qeyri-qanuni girişi əldə edə bilərlər və onu elə dəyişə bilərlər ki, batareya sıradan çıxa və ya yenidən yüklənmə qeyri-mümkün ola bilər.
Cənab Miller vurğulayıb ki, “MacBook”, “MacBook Pro” və “MacBook Air” portativ kompyuterləri problemə meyillidirlər. Tədqiqatçı güman edir ki, müəyyən bacarıq və şərtlər daxilində, qızma, alovlanma, hətta akkumulyatorun partlayışını törətmək olar. Xoşbəxtlikdən, təcrübədə bunların heç biri həyata keçirilməyib.


soft.compulenta.ru




27/07/11    Çap et