Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçiləri sənədlərini internetlə necə təsdiq edə bilərlər?


Xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçiləri Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün Səhiyyə Nazirliyinin müvafiq komissiyasında sənədlərini təsdiq etməlidirlər.

Nazirlikdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, xaricdə təhsil alan vətəndaşlar sənədlərini təsdiq etmək üçün əlavə vaxt itkisinə yol verməyə və nazirliyə gəlməyə gərək yoxdur. Bunun üçün müvafiq sənədlərin qəbulu internet vasitəsi ilə də həyata keçirilir.

Bununla bağlı tibb işçiləri Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün Səhiyyə Nazirliyinin rəsmi internet saytı vasitəsilə http://e-sehiyye.gov.az/xaricde_tehsil müraciət edə bilərlər. Daha ətraflı məlumatı tibb işçiləri nazirliyin internet saytındakı

"Vakant iş yerlərinə müsabiqə elanları" bölməsinə daxil olaraq əldə edə bilərlər.

SEYMUR




27/12/12    Çap et