Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Neft Fondu e-sorğuları qısa vaxt ərzində cavablandırır


Azərbaycan Respublikası Dövlət Neft Fondunun yenilənmiş internet saytında (http://www.oilfund.az/) mövcud olan birbaşa sorğu funksiyasından istifadə edən hər kəsin sorğusu fondun İctimaiyyətlə əlaqələr şöbəsinin elektron poçtuna daxil olur və sualların qısa vaxt ərzində cavablandırılması təmin edilir.

Sualların vaxtında cavablandırılması ilə yanaşı, bu, həm fondun, həm də sorğu göndərənin işini asanlaşdırır, bu funksiyadan istifadə edən sorğu göndərənin fonda məktubla müraciət etməsinə ehtiyac qalmır. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə sözügedən fondun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şöbə bildirir ki, Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyəti ictimaiyyətin bütün nümayəndələri ilə münasibətlərin düzgün koordinasiya edilməsinə və onların Neft Fondu haqqında informasiya ehtiyaclarının ödənilməsini təmin etməyə yönəldilib:

«Neft Fondu ictimaiyyət nümayəndələrinin suallarını cavablandırmaqda hər zaman maraqlıdır. Fonda hər gün daxil olan müxtəlif şifahi və yazılı sorğular "İnformasiya əldə etmək" haqqında qanunda nəzərdə tutulmuş vaxt çərçivəsində və sahibi olduğumuz informasiyanın təmin edilməsi şərtilə cavablandırılır. 2007-ci il 20 aprel tarixində fondun "İnformasiya siyasəti" təsdiq edilib. Neft Fondunun informasiya siyasəti onun şəffaf dövlət təşkilatı imicinin qorunmasına və inkişaf etdirilməsinə xidmət edir. Bu gün bir çox KİV Neft Fondunu onların sorğularını vaxtında və ətraflı cavablandıran dövlət qurumu kimi qiymətləndirirlər». 

SEYMUR




27/12/12    Çap et