Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda keçiriləcək beynəlxalq konfransla bağlı sayt yaradıldı


2013-cü il aprelin 16-18-də "Ali audit qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları" mövzusunda Bakı şəhərində keçiriləcək "EUROSAI" və "ARABOSAI" təşkilatlarının IV Birgə Konfransına hazırlıq işlərinin növbəti mərhələsi kimi konfransın veb-saytı hazırlanıb və "www.conference.ach.gov.az" ünvanında yerləşdirilib.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Azərbaycan Respublikasının Hesablama Palatasının mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, veb-saytda konfrans və onun alt mövzuları, Hesablama Palatası, Azərbaycan və Bakı, konfransın keçirilmə yeri və s. haqqında müfəssəl məlumatlar yerləşdirilib.

Konfransın veb-saytına eyni zamanda Hesablama Palatasının "www.ach.gov.az" internet saytında yerləşdirilmiş xüsusi konfrans loqosu vasitəsilə də daxil olmaq mümkündür.

SEYMUR




28/12/12    Çap et