Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom” mükafat alıb


"Aztelekom" İstehsalat Birliyi "İlin Telekommunikasiya Şirkəti" nominasiyasında "Odlar Yurdu" Milli Mükafatına layiq görülüb. "Odlar Yurdu" Milli Mükafatı Turizmə Dəstək Gənclər Koalisiyası, Azərbaycan Gənclər Mərkəzi və digər gənclər təşkilatları tərəfindən təsis olunub.

Milli mükafatın təsis olunmasında məqsəd hər ilin sonunda fəaliyyət sahəsində fərqlənən hüquqi və fiziki şəxsləri sorğu və monitorinqlər nəticəsində müəyyən etmək və onları ictimaiyyətə tanıtmaqla fəaliyyətlərini qiymətləndirməkdən ibarətdir. Bunun üçün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Lənkəran, Xaçmaz, Quba, Qəbələ bölgələrində sorğu və monitorinqlər aparılıb.

Nəzərdə tutulan proqrama əsasən, Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində 1000, digər bölgələrdə isə 700 respondent arasında keçirilən sorğular nəticəsində nominantlar müəyyənləşib.

CAHANGİR




29/12/12    Çap et