Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ukrayna Elm və Texnologiya Mərkəzi və AMEA 2013-cü ilin layihələr müsabiqəsini elan edir


Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasındakı əməkdaşlıq haqqında bəyanata əsasən, UETM və AMEA müştərək Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri (MTİT) Proqramı çərçivəsində 2013-cü ilin layihələr müsabiqəsini elan edir.


"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib. Akademiyadan bildirilib ki, müsabiqə alternativ enerji, Xəzər dənizinin ekologiyası və qida məhsullarının təhlükəsizliyi sahələri üzrə aparılır. Şərtlərə gəlincə, tələblərin ingilis dilində variantı UETM-in veb-saytında (http://www.stcu.int/) əks edilib.

HƏQİQƏT




07/01/13    Çap et