Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Neft Fondu saytından istifadə edənlərdən təkliflər gözləyir


Azərbaycan Respublikası Dövlət Neft Fondunun rəsmi internet səhifəsi müntəzəm olaraq yenilənir. Saytda Neft Fondunun tarixi, məqsəd və fəlsəfəsi, onun idarəetmə strukturu, beynəlxalq əlaqələri, maliyyələşdirdiyi layihələr, vəsaitlərinin idarə edilməsi haqqında məlumatı, eləcə də fondun fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədləri oxumaq mümkündür.

Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Dövlət Neft Fondunun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, fondun rəsmi internet səhifəsi olan “www.oilfund.az”-dan qurumun vəsaitlərinin xərclənməsi istiqamətləri, gəlir və xərclər barədə rüblük hesabatları, fondun büdcəsi ilə əlaqədar məlumatları, fəaliyyəti barədə illik hesabatları, müxtəlif mühüm tədbirlərdə təqdim olunmuş fəaliyyətlərinə dair təqdimatları əldə etmək olar.

İnternet səhifədə mətbuat guşəsi mövcuddur ki, burada da Neft Fondunun ictimaiyyətlə əlaqələri, informasiya siyasəti, xəbərlər, mətbuatda Neft Fondu barədə dərc edilən materiallar və s. yerləşdirilir. «Neft Fondunun internet səhifəsi ilə bağlı təklif və mülahizələrinizi “pr@oilfund.az” ünvanına göndərə bilərsiniz».

SEYMUR




07/01/13    Çap et