Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Paytaxtın bir sıra nöqtələrində pulsuz internetə daxil olmaq mümkün olacaq


Azərbaycan paytaxtında pulsuz internet nöqtələri olacaq. 2014-cü ilədək Bakıdakı ictimai yerlər "Wi-Fi"-dan pulsuz istifadə nöqtələri ilə əhatə olunacaq. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə "AiləNET" şirkəti məlumat yayıb.

Şirkət bildirir ki, bununla bağlı "AiləNET" plan hazırlayıb və pulsuz internet nöqtələri də məhz bu plan əsasında qurulacaq. Məlumatda qeyd olunur ki, sözügedən plan paytaxt ərazilərinin bir sıra ictimai yerlərini əhatə edəcək.

Bununla yanaşı, Bakı Metropoliteninin stansiyaları da pulsuz "Wi-Fi" simsiz şəbəkəsinin əhatə dairəsində olacaq. Hazırda şirkət insanların kütləvi toplaşdıqları yerlərdə "Wi-Fi" şəbəkəsinin açılması üçün avadanlıqlar alır. Avadanlıqlar alındıqdan sonra onların quraşdırılması planlaşdırılır.

SEYMUR




07/01/13    Çap et