Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Heydər Əliyev Beynəlxalq Aeroportunda azad iqtisadi zona yaradılacaq


Yaxın gələcəkdə Heydər Əliyev Beynəlxalq Aeroportunda azad iqtisadi zona yaradılacaq. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əhatə etdiyi dövrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksi, uçuş-enmə zolağı və anqarlar istifadəyə veriləcəkdir.

Həmçinin bu ərazidə azad iqtisadi zona yaradılacaq, digər beynəlxalq hava limanları və hava donanmasının yenilənməsi işləri davam etdiriləcək.




08/01/13    Çap et