Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“App Store” kataloqundakı tətbiqlərin sayı 775 mini ötüb


"Apple" şirkətinin mətbuat xidmətinin məlumatına əsasən, "App Store" kataloqunda yerləşdirilmiş tətbiqlərin yüklənmə sayı 40 milyardı ötüb. 20 milyard yüklənmə 2012-ci ildə qeydə alınıb.

Şirkət, həmçinin bildirib ki, "App Store" sistemində qeydiyyatdan keçmiş aktiv istifadəçi hesablarının sayı 500 milyonu ötüb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, tətbiq tərtibatçıları cəmiyyəti "iPod", "iPhone" və "iPad" qurğuları üçün 775 mindən çox proqram hazırlayıb.

Emil Hüseynov




08/01/13    Çap et