Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”in dəyəri artıb


"Twitter" mikrobloqlar xidmətinin bazar qiyməti 11 milyard dollar həcmində qiymətləndirilib. Bu barədə "Greencrest Capital" investisiya şirkətinin hesabatında qeyd edilib. Xatırladaq ki, 2011-ci ilin iyulunda "Twitter"in bazar qiyməti 8 milyard dollar həcmində qiymətləndirilmişdi.

"ICTnews.az" elektron xəbər xidməti "http://www.vestifinance.ru" saytına istinadən bildirir ki, şirkətin bazar qiymətinin artmasına təsir etmiş amillər arasında istifadəçilərin sayının çoxalması, həmçinin pula çevirmə alətlərinin meydana çıxmasını qeyd etmək olar.

Qeyd edək ki, "Twitter" mikrobloqu 2006-cı ildə istifadəyə verilib. Xidmətin aktiv istifadəçilərinin sayı 100 milyonu ötür.

Emil Hüseynov




08/01/13    Çap et