Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Futbol klubu oyunçunu telefonundan məhrum edib


İngiltərənin "Bolton" futbol klubu oyunçusu Marvin Sordellanın telefondan istifadəsinə qadağa qoyub. Komandanın baş məşqçisi Duqi Fridmen Sordellanın son zamanlar "Twitter"dən asılı vəziyyətə düşdüyünə görə onun telefondan istifadəsinə qadağa qoymaq qərarına gəlib.

Bu barədə Britaniyanın "The Daily Mirror" nəşri yazıb. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Fridmenin sözlərinə görə, "Twitter"dən asılı vəziyyətə düşməsi 21 yaşlı Sordellanın oyununda problem yaradıb.

Emil Hüseynov




08/01/13    Çap et