Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Azerfon» «Elektron Gündəlik» xidmətini təklif edir


«Azerfon» mobil operator şirkəti «Elektron Gündəlik» adlı xidmətini abunəçilərinə təqdim edib. «E-Gündəlik» xidməti vasitəsilə valideynlər övladlarının təhsilinə nəzarət etmək imkanı əldə edəcək. Belə ki, yeni xidmətə əsasən, şagirdlərin imtahan nəticələri, hər fənn üzrə aldığı qiymət, dərsdə iştirak edib-etməməsi haqqında məlumat valideynlərin nömrələrinə göndəriləcək.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, «E-Gündəlik» sisteminə qoşulmaq üçün valideyn övladının adını, soyadını və atasının adı, oxuduğu orta məktəbin nömrəsini, oxuduğu sinif haqqında məlumatı SMS vasitəsilə 9988 qısa nömrəsinə göndərməlidir. Aylıq abunə haqqına görə abunəçidən 4,72 manat (ƏDV daxil) çıxılacaq.

Qeyd edək ki, xidmət MSM şirkəti tərəfindən təqdim olunur və məktəblərdə yanvar ayının 8-dən etibarən istifadəyə verilib.

SEYMUR




09/01/13    Çap et