Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“.az” domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 16 min 500-ə yaxınlaşıb


Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir. "İCTnews" elektron xəbər xidməti "Whois.az" saytına istinadən xəbər verir ki, ".az" domen zonasında artıq 16426 domen adı qeydiyyatdan keçib.

Domenlərin böyük əksəriyyəti ".az" (15278) domeninin payına düşür. Həmçinin 666 ədəd ".com.az" domeni qeydiyyatdan keçib. Sonrakı yerlər aşağıdakı kimidir:

1. .pro.az 4

2. .name.az 6

3. .biz.az 14

4. .info.az 24

5. .co.az 41

6. .pp.az 42 7. .int.az 44

8. .net.az 56

9. .org.az 89

10. .edu.az


158 İlin əvvəlindən ləğv olunan domenlərin sayı 12, qeydiyyata düşən domenlərin sayı isə 131-ə bərabərdir. ".mil.az", ".samux.az", ".zaqatala.az", ".ganja.az", ".shamaxi.az" və ".imishli.az" zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.

Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də ".az" domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.

Emil Hüseynov




14/01/13    Çap et