Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ASUS” 150 dollarlıq planşet təqdim edib


Tayvanın “ASUS” şirkəti ABŞ-da 7 düymlü ekranla təchiz edilmiş 150 dollarlıq “MeMO Pad” planşetini təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “MeMO Pad” görünüşcə “Google”-un “Nexus 7” planşetinə oxşayır, o, yalnız 0,7 millimetr qalın və 30 qram daha ağırdır. Ön hissədə 1 meqapikselli kamera quraşdırılıb.

Arxa qapaq qara, ağ və ya çəhrayı rənglərdə əlçatandır. Qurğu cari ilin aprelində ABŞ-da satışa çıxarılmalıdır. Planşet “VIA” şirkətinin istehsalı olan 1 QHs takt tezliyində işləyən birnüvəli prosessorla təchiz edilib. Ekranın təsvir ölçüsü 1024x768-ə bərabərdir.

Emil Hüseynov




14/01/13    Çap et