Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” telefonlar mobil məlumatlardan istifadə həcminə görə planşetləri üstələyib


“Arieso” şirkəti mobil qurğuların istifadə etdiyi mobil trafiklə bağlı tədqiqatın nəticələrini açıqlayıb. Tədqiqat Avropanın aparıcı mobil rabitə operatorlarının məlumatlarına əsasən həyata keçirilir.

Tədqiqat prosesində təxminən 125 mobil qurğu təhlil edilib: onların hər birindən ən azı 1000 istifadəçi istifadə edir. Tədqiqatın nəticəsinə əsasən, “ağıllı” telefonlar mobil məlumatlardan istifadə həcminə görə ilk dəfə olaraq planşetləri üstələyib.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, 2012-ci ildə “Apple iPhone 5”, “Samsung Galaxy S3” və “HTC Sensation XL” modelləri daha çox mobil trafik istifadə edib. Yaxın gələcəkdə mobil qurğuların trafikdən istifadə həcminin artacağı gözlənilir.

Emil Hüseynov




15/01/13    Çap et