Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən kiçik ölçülü “Wi-Fi” routeri təqdim edilib


Bu yaxınlarda keçirilmiş "CES 2013" sərgisində "Asus" şirkəti "WL-330NUL" adlı kiçik ölçülü cib marşrutlayıcısını təqdim edib.


"ICTnews.az" elektron xəbər xidməti "3dnews.ru" saytına istinadən bildirir ki, qurğunun çəkisi cəmisi 25 qram təşkil edir. Router internetə qoşulmaq və onun paylanması üçün "Ethernet" konnektorla təchiz olunub. Marşrutlayıcı enerjini "USB" konnektor vasitəsilə toplayır. Qurğunun qiyməti haqqında məlumat yoxdur.

Emil Hüseynov




16/01/13    Çap et