Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində internet istifadəçilərinin sayı 564 milyonu ötüb


Çin Xalq Respublikasında (ÇXR) 2012-ci il dekabrın sonuna olan vəziyyətə əsasən, ölkə ərazisində internet istifadəçilərin sayı 564 milyonu ötüb. 2012-ci ilin ikinci yarımilliyində ÇXR-də istifadəçi bazasının artımı 26 milyon insan təşkil edib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Çinin "China Internet Network Information Center" (CNNIC) qeyri-kommersiya assosiasiyasının məlumatına görə, ötən ilin sonuna olan vəziyyətə əsasən, ölkə ərazisində internetin yayılma səviyyəsi 42,1 faiz təşkil edib.

Emil Hüseynov




16/01/13    Çap et