Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək


Milli Məclisin iclasında "Yol hərəkəti haqqında"   qanuna dəyişikliklərin edilməsi müzakirə edilib.  
Layihə haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, yeni dəyişikliklər sürücülərin işinin daha da sadələşməsinə gətirib çıxaracaq. Belə ki, dəyişikliklərə görə, qanun pozuntusu aşkarlanarsa, pozuntu barədə protokol dərhal sürücüyə təqdim edilməli, həmçinin, cərimənin məbləği protokolda göstərilməlidir.
Eyni zamanda, sürücünün cəriməni plastik kartla ödəməsinə şərait yaradılacaq. Dəyişikliklərdə o da nəzərdə tutulub ki, inzibati cəzalara məruz qalmış sürücülər haqqında bütün məlumatlar internetdə yerləşdiriləcək. Dəyişikliklərin sürücüləri ən çox sevindirəcək hissəsi isə ondan ibarətdir ki, inzibati cəzaya tuş gələn sürücülər cərimələrini protokol tərtib edildikdən sonrakı 3 iş günü ərzində ödəyəcəkləri halda, cərimə məbləğinin 10 faizi miqdarında güzəşt qazanacaq.  




01/06/11    Çap et