Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Əli Abbasov: «Bu il Azərbaycanın İKT sektorunda bir sıra əhəmiyyətli layihələr həyata keçiriləcək»


Azərbaycanda 2013-cü ildə İKT sahəsində bir sıra iri işlər həyata keçiriləcək. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, 2013-cü il Azərbaycanda İKT ili elan olunub və cari il ərzində bu sektorda bir sıra əhəmiyyətli layihələr həyata keçiriləcək: «Bunlardan Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması, 3 ili əhatə edəcək Azərbaycan regionlarında genişzolaqlı internetin inkişafı layihəsi, rəqəmsal TV yayımına tam keçid, elektron hökumət portalının imkanlarının genişləndirilməsi, texnoparkların yaradılması və s. kimi layihələri misal kimi gətirmək olar».

Ə.Abbasov həmçinin bildirib ki, 2013-cü il ölkənin kosmik sənayesinin inkişafı üçün əhəmiyyətli olacaq və Azərbaycan 2016-cı ildə orbitə artıq ikinci peykini buraxacaq: «İlk süni peykin fevralın 7-dən 8-nə keçən gecə orbitə buraxılacağı gözlənilir».




21/01/13    Çap et