Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ərzaq və silah saxlamaq üçün hərbi sualtı kapsullar yaratmaq təklif edilir


“DARPA” agentliyi gələcəkdə istifadə etmək üçün ehtiyatların dəniz dibində yerləşdirilməsi proqramı üzərində işləyir. “ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, agentliyin ideyasına əsasən, qoşunlara lazım olan ehtiyatları dənizin dibində saxlamaq nəzərdə tutulur.

Əgər hansısa bir ehtiyatı dəniz dibindən çıxartmaq lazım gəlsə, o zaman onun dəniz üzünə çıxarılması üçün yalnız düyməyə sıxmaq kifayətdir. Ehtiyatlar istənilən növdə - pilotsuz uçuş aparatlarından tutmuş, sualtı gəmilərə kimi ola bilər.

Əsas sual nəyi yox, necə saxlamaqdır. Hazırda “DARPA” agentliyini ehtiyatların dənizin dibində yerləşdirilməsi zamanı onların saxlanma müddətini uzatmaq düşündürür. Bu çətin tapşırıqdır. Bundan başqa, həmçinin ehtiyatları dənizin üzünə çıxaracaq robot yaratmaq lazımdır.

Emil Hüseynov




21/01/13    Çap et