Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçısına çevrilir


Ötən ilin yekununa görə Çinin "Huawei Technologies" telekommunikasiya avadanlığı istehsalçısının satış həcmi 8 faiz artaraq 220 milyard yuan və ya 35.4 milyard dollar təşkil edib.

Çin şirkətinin xalis mənfəəti 15,4 milyard yuana bərabər olub. Bu göstərici 2011-ci illə müqayisədə 33 faiz çoxdur. Bu barədə maliyyə brifinqində "Huawei"-nin maliyyə direktoru Men Vonçjou bildirib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, onun sözlərinə görə, ötən il "Huawei" inkişaf etməkdə olan bazarlarda uğurlu fəaliyyət göstərib. 2012-ci ildə İsveçin "Ericsson" şirkətinin satış həcmi ötən illə müqayisədə, demək olar ki, dəyişməyib. Analitiklər etiraf edirlər ki, "Huawei" şirkəti ötən il "Ericsson"-dan daha sürətli inkişaf edib.

Buna səbəb Çin şirkətinin büdcəyə uyğun bazarlara üstünlük verməsi olub. İlkin məlumatlara əsasən, 2012-ci ildə "Ericsson"un satış həcmi təxminən 227 milyard İsveç kronu və ya 34,8 milyard dollar təşkil edib.

Emil Hüseynov




21/01/13    Çap et