Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sentyabrdan real vaxt rejimində əcnəbi peyklərdən yüksəkdəqiqlikli təsvirlərin alınması və müxtəlif təyinatlı istifadəsi təmin olunacaq


Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması üzrə peykin istehsalı başa çatıb. Artıq və fevral ayının birinci ongünlüyündə peykin orbitə çıxarılması planlaşdırılır. Peykin orbitə çıxarılması və orbitdə ilkin istismar dövrü üzrə sığorta olunması ilə bağlı Böyük Britaniyanın “Marsh” sığorta brokeri ilə birbaşa müqavilə imzalanıb.

Eyni zamanda 2012-ci il ərzində peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzinin və ehtiyat idarəetmə mərkəzinin yaradılması başa çatıb.

Yer səthinin müşahidəsi üçün universal qəbuletmə və emaletmə sisteminin quraşdırılmasına başlanılıb və 2013-cü ilin sentyabr ayından real vaxt rejimində əcnəbi peyklərdən yüksəkdəqiqlikli təsvirlərin alınması və müxtəlif təyinatlı istifadəsi təmin olunacaq.

Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb. Qeyd edək ki, BMT-nin uyğun komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunub, ölkəmiz kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürüb.

Ötən il kosmik texnologiyalar üzrə çox vacib məsələ olan kadr hazırlığına da xüsusi diqqət yetirilib. Son üç ildə orta yaşı 25-28 olan təxminən 30 nəfər peyklərin idarə olunması üzrə ABŞ, Fransa və Malayziyada uzunmüddətli kurs və təlimlər keçmiş milli mütəxəssis hazırlanıb.

HƏQİQƏT




22/01/13    Çap et