Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransa internet nəhənglərdən vergi almağı planlaşdırır


Fransanın Maliyyə Nazirliyi internet sahəsində fəaliyyət göstərən qanunvericiliyin sərtləşdirilməsini təklif edib.

Məmurların narazılığına səbəb olan odur ki, “Google”, “Amazon”, “Apple”, “Facebook” və digər şirkətlər ölkə istifadəçilərinin məlumatlarını pulsuz əldə edərək ona əsaslanan kontekst reklamdan külli miqdarda pul qazanırlar. Və bu halda vergi ödəmirlər. “ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, hökumət bu təşəbbüsü təqdir etdiyi halda, o zaman Fransanın reklam bazarında fəaliyyət göstərən İT şirkətlər üçün vergi məbləği qeydiyyatdan keçmiş istifadəçilərin sayından və fərdi məlumatların həcmindən asılı olacaq.

Məsələn, “Google” reklamdan il ərzində təxminən 30 milyard dollar qazanır. Avropa Birliyi ölkələri arasında vəsaitlərin qanuni köçürülməsi təcrübəsi internet nəhənginə vergi ödəmələrində qənaət etməyə imkan yaradır.

Nəticədə dünyanın ən böyük axtarış sistemi Fransada 2 milyard həcmində reklam gəliri qazanmağına baxmayaraq, demək olar ki vergi ödəmir. İnternet-vergi təqdir edildiyi halda cari ilin sonunadək işə salına bilər.

Emil Hüseynov




23/01/13    Çap et