Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Peykimiz kosmodromda startöncəsi sınaqdan keçirilir


Azərbaycanın "Azerspace/Africasat-1" telekommunikasiya peyki iki peykin birlikdə orbitə buraxılması üzrə "Arianespace" proqramına dair hazırlıq missiyası çərçivəsində Fransa Qvianasında startöncəsi sınaqdan keçir.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə bu barədə "Arianespace"in rəsmi internet səhifəsi olan www.arianespace.com saytı xəbər yayıb. Xəbərdə bildirilir ki, peyk xüsusi konteynerdən çıxarılıb və kommersiya yüklərinin işlənməsi üçün təyin edilmiş S5 hazırlıq meydançasına gətirilib. "Arianespace" vurğulayır ki, peyk burada yanacaqla doldurulacaq.

Bununla belə o da qeyd olunur ki, peykin kosmodromdan buraxılışı fevralın 7-nə təyin edilib. Eyni zamanda "Arianespace"in məlumatında o da qeyd olunur ki, "Ariane 5 ECA" raketdaşıyıcısı, həmçinin İspaniyanın "Amazonas-3" rabitə peykini orbitə qaldıracaq.

SEYMUR




23/01/13    Çap et