Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Roma Papası “Twitter” və “Facebook”-a xeyir-dua verib


“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, XVI Benedikt sosial şəbəkə və xidmətlərə öz xeyir-duasını verib və katolikləri kilsə təliminin yayılması üçün onlardan aktiv istifadəyə çağırıb.

Roma Papasının sözlərinə görə, dindarlar artıq anlayıblar ki, xoş xəbəri rəqəmli texnologiya vasitəsilə də çatdırmaq olar və internet bir çoxları üçün əsas informasiya mənbəyidir.

Katolik kilsəsinin başçısı sosial şəbəkələri həqiqətə və inama do]ru aparan portal, həmçinin xristianlığın yayılması üçün yeni yol adlandırıb. XVI Benediktin fikrincə, sosial şəbəkələrdə aparılan müzakirələr insanların arasında birliyin möhkəmləndirilməsinə imkan yaradır.

Emil Hüseynov




26/01/13    Çap et