Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” şirkəti "telefon üçün telefon" təqdim edib


“HTC” şirkəti “HTC J Butterfly” “ağıllı” telefonu üçün “HTC Mini” aksesuarını təqdim edib. “HTC Mini” rəqəmli klaviatura, “Qəbul” və “Otboy” düymələri, ağ-qara rəngli ekranla təchiz edilib. Qurğu “ağıllı” telefona “Bluetooth” modulu ilə qoşulur.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “HTC Mini” aksesuarı vasitəsilə zəng etmək və mesaj yazmaq mümkündür. Telefon ilə, həmçinin “ağıllı” telefona əmr göndərmək mümkündür.

Məsələn, “J Butterfly” “ağıllı” telefonuna kameranın çaxmağını endirmək və ya musiqi oxutmaq kimi əmr vermək olar. Əgər “J Butterfly” televizora qoşulubsa, o zaman “HTC Mini” uzaqdan idarəetmə pultu rolunda çıxış edir.

Emil Hüseynov




29/01/13    Çap et