Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “iOS 6” üçün yeniləmə paketi çıxarıb


"Apple" şirkəti "iOS 6" əməliyyat sistemi üçün yeniləmə paketi çıxarıb. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yeniləmə paketinin həcmi 107 meqabaytdır.

Onu "iPhone 3GS", "4", "4S" və "5" "ağıllı" telefonlarına, üçüncü və dördüncü nəsil "iPad", "iPad mini" planşetlərinə, dördüncü və beşinci nəsil "iPod touch" pleyerlərinə quraşdırmaq mümkündür.

Yeniləmə paketi quraşdırıldıqdan sonra "iPhone" və "iPad" qurğuları yeni operatorların "LTE" şəbəkələrinə qoşula biləcək. Xatırladaq ki, "iOS 6" əməliyyat sistemi 2012-ci il sentybarın 19-da istifadəyə verilib. "Apple"-dan verilən məlumata əsasən, bu platforma 300 milyondan çox qurğuda quraşdırılıb.

Emil Hüseynov




29/01/13    Çap et