Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil istifadəçilər hanı brauzerə üstünlük verir?


"Akamai" şirkətinin məlumatına əsasən, "Android" əməliyyat sistemində başlanğıc ayar kimi quraşdırılmış "Android WebKit" brauzeri 2012-ci ilin üçüncü rübündə internetə mobil şəbəkələr vasitəsilə çıxan mobil qurğular üçün ən populyar brauzer olub.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, əgər bütün şəbəkə növlərini ("Wi-Fi" daxil olmaqla) nəzərə alsaq, o zaman 60 faiz göstəriciyə malik "Safari" brauzeri liderdir.

Bu halda trafikin təxminən 23 faizi "Android" istifadəçilərinin payına düşüb.

Emil Hüseynov




29/01/13    Çap et